15:33 - 30.06.2025
30 iyun, Fineko/abc.az. İngiltərə nəqliyyatçıların Həmkarlar Birliyi, hökuməti təcavüzkar ritorikada və ölkəni uzunsürən münaqişəyə sürükləməkdə günahlandıraraq Londonun xarici siyasətini sərt tənqid edib.
ABC.AZ xəbər verir ki, Həmkarlar İttifaqı qətnaməsində Ukraynaya hərbi yardımı dərhal dayandırmağa və diplomatik səylərə keçməyə çağırıb.
"Keçən il bizi nüvə fəlakətinə yaxınlaşdıran sonsuz və getdikcə daha da kəskinləşən dolayı müharibənin maliyyələşdirilməsi naminə, həyat səviyyəsinin aşağı salınması və sərt qənaət siyasətini rədd edirik”, — deyə Həmkarlar İttifaqının nümayəndələri bildiriblər.