Vizasız əcnəbilər Rusiyaya girmədən əvvəl "Dövlət Xidmətləri"ndə qeydiyyatdan keçməli olacaqlar — Tarix

10:47 - 30.06.2025


30 iyun, Fineko/abc.az. Bu gündən etibarən Rusiyaya vizasız rejimdə daxil olan xarici vətəndaşlar "Dövlət xidmətləri" ("Госуслуги") portalında ilkin rəqəmsal qeydiyyatdan keçməli və sərhəddə təqdim olunması üçün QR-kod almalı olacaqlar.

ABC.AZ xəbər verir ki, ərizə Rusiyaya girmədən 72 saatdan gec olmayaraq təqdim edilməlidir.

Bu tələb Rusiyaya vizasız gələn turistlərə və digər şəxslərə şamil edilir.