11:36 - 19.06.2025
19 iyun, Fineko/abc.az. Gürcüstanın Milli Turizm Administrasiyası Hindistan və digər Cənubi Asiya ölkələrində toy turizmi üçün bir istiqamət olaraq ölkənin populyarlaşdırılmasını aktivləşdirir.
ABC.AZ xəbər verir ki, 407 min dollarlıq müqavilə Hindistanda marketinq kampaniyasını nəzərdə tutur. Belə ki, podratçı Gürcüstanı toylar üçün cəlbedici bir ərazi kimi populyarlaşdıracaq. Xüsusilə, Hindistanlı toy mərasimlərinin dörd təşkilatçısının yerlərlə tanış olmaq məqsədi ilə ölkəyə gəlməsi planlaşdırılır.
Hindistan dünyanın ən böyük və ən sürətli böyüyən səyahət turizm bazarlarından biridir.
Daha əvvəl ekspertlər qeyd ediblər ki, Hindistanlı cütlüklər arasında Gürcüstanda toyların təşkilinə maraq daim yüksəkdir, lakin toy tədbirlərinin qonaqları üçün viza məhdudiyyətləri təbliğata mane olurdu. Yeni kampaniya çərçivəsində bu cür maneələrin aradan qaldırılacağı gözlənilir.
27 İyul 2026