10:19 - 11.09.2026
11 sentyabr, Fineko/abc.az. Dövlət Turizm Agentliyi hava əlaqələrinin qiymətləndirilməsi üçün IATA ilə müqavilə bağlayıb.
Dövlət Turizm Agentliyi Azərbaycanın əsas və perspektiv turizm bazarları üzrə hava əlaqələrinin qiymətləndirilməsi və müvafiq bazar imkanlarının müəyyənləşdirilməsi məqsədilə beynəlxalq konsultasiya xidmətlərinin satın alınmasını yekunlaşdırıb.
Satınalma müqaviləsi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (“International Air Transport Association” — IATA) ilə imzalanıb.
Müqavilənin ümumi maliyyə dəyəri 280 min 840 manat təşkil edir.
Qeyd edək ki, IATA — International Air Transport Association (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Kanadada yerləşən beynəlxalq aviasiya qurumudur.
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
11 Sentyabr 2026
8 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026
9 Sentyabr 2026