Aİ rusiyalı turistlər üçün viza rejimini sərtləşdirir: Ukraynada döyüşənlərə qadağa qoyulur

10:54 - 3.09.2026


3 Sentyabr, Fineko/abc.az. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas İrlandiyada keçirilən Aİ xarici işlər nazirlərinin geyri-rəsmi  görüşündən sonra rusiyalı turistlərə viza məhdudiyyətlərinin sərtləşdirilməsi və Ukraynaya qarşı döyüşən şəxslərə Aİ-yə giriş qadağasının qoyulması təkliflərinin üzv ölkələrin çoxu tərəfindən dəstəkləndiyini bildirib.

Görüşdə Almaniyanın Leypsiq-Halle hava limanında baş verən PUA insidentində şübhəlinin turist vizası ilə ölkəyə daxil olduğu iddiaları fonunda vizaların təhlükəsizlik riski yaratdığı vurğulanıb.

Kallas həmçinin Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi, dondurulmuş aktivlərdən istifadə, Qara dənizdə taxıl gəmilərinə hücumların qarşısının alınması və Aİ-nin xarici siyasət mexanizmlərində konstruktiv tərəfsizlikdən istifadə olunmaqla səmərəliliyin artırılması zərurətini qeyd edib.