Daha 11 hotelə ulduz kateqoriyası verilib  

12:23 - 1.09.2026


1 sentyabr, Fineko/abc.az Azərbaycanda daha 11 hotelə ulduz kateqoriyası verilib.

Bunlardan ikisi 4 ulduzlu, altısı 3 ulduzlu, biri 2 ulduzlu, ikisi isə 1 ulduzlu kateqoriyaya aid edilib.

Bununla da ölkədə ulduz kateqoriyalı hotellərin ümumi sayı 278-dən 289-a yüksəlib.

Hazırda Azərbaycanda 24 hotel 5 ulduzlu, 46 hotel 4 ulduzlu, 104 hotel 3 ulduzlu, 82 hotel 2 ulduzlu, 33 hotel isə 1 ulduzludur.

Ulduz kateqoriyalı hotellərin 201-i Bakıda yerləşir ki, bu da ölkə üzrə ümumi göstəricinin təxminən 72 %-ni təşkil edir.