Turizm xidmətləri üzrə dövriyyə azalsa da, 47 milyon dollarlıq profisit yarandı

17:03 - 15.09.2026


15 sentyabr, Fineko/abc.az. 2026-cı ilin ilk altı ayında Azərbaycanın turizm xidmətləri üzrə ümumi dövriyyəsi illik müqayisədə 14,7 faiz azalaraq 1,4 milyard dollar təşkil edib.

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, azalan dövriyyəyə baxmayaraq, xarici vətəndaşların Azərbaycanda xərclədiyi vəsait yerli vətəndaşların xaricdəki xərclərini üstələyib və turizm üzrə 47,2 milyon dollarlıq müsbət saldo (profisit) qeydə alınıb.

Hesabat dövründə turizm xidmətlərinin ixracı (gəlirlər) 21 faiz azalaraq 747,8 milyon dollar, idxalı (xərclər) isə 6,8 faiz geriləyərək 700,6 milyon dollar olub.

Dövriyyənin kiçilməsi səfər saylarına da təsir edib: xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 faiz, ölkəyə gələn əcnəbilərin sayı isə 10,3 faiz azalıb.