Bu şirkətin dövlətə böyük borcu yaranıb

14:04 - 10.06.2025


10 iyun, Fineko/abc.az. “Elta Development” QSC-nin (əvvəl: “ND Company” QSC) dövlətə ümumilikdə 18 848 815 manat vergi borcu var.

ABC.AZ bu barədə Dövlət Vergi Xidmətinin vergi borcu barədə açlqlanan reyestrinə istinadən xəbər verir.

Xatırladaq ki, “Elta Development” QSC 2020-ci ildə “ND Company” QSC kimi təsis edilib. Şirkət 2024-cü ildən rebrendinq edərək hazırkı adla çıxış edir.

Hazırda 2000 manat nizamnamə kapitalı var. Şirkətin əsas fəaliyyət istiqaməti qaz xətlərinin çəkilməsi və 1eyri-yaşayış obyektlərinin tikintisidir.