Avropa Komissiyası: Ukraynada münaqişə 2027-ci ilə qədər davam edəcək

17:28 - 4.06.2025


4 iyun, Fineko/abc.az. Avropa Komissiyası (AK) Ukraynadakı münaqişənin ən azı 2027-ci ilə qədər davam edəcəyinə hazırlaşır və Avropa İttifaqı ərazisində ukraynalı qaçqınların qorunması üçün müvəqqəti tədbirlərin 2027-ci ilin martına qədər uzadılmasını təklif edir.

ABC.AZ xəbər verir ki, bu barədə Avropa Komissiyası bildirib.

Ukrayna qaçqınlarını qorumaq üçün müvəqqəti tədbirlər Avropa Komissiyası tərəfindən 2022-ci ilin mart ayında qəbul edilmişdi. Onların sayəsində ukraynalı qaçqınlar pasport əsasında heç bir əlavə sənəd olmadan AB ölkələrində yaşaya, təhsil, səhiyyə və əmək bazarlarına çıxış əldə edə və mənzillə təmin oluna bilərlər.

Əvvəlki illərdə Avropa Komissiyası bu normaların fəaliyyətini illik uzadırdı. Ukraynadakı münaqişə başa çatdıqdan dərhal sonra ləğv edilməlidir.