15:03 - 30.05.2025
30 may, Fineko/abc.az. Azərbaycanda son illərdə bir sıra banklar müxtəlif səbəblərdən fəaliyyətini dayandırıb.
ABC.AZ-ın araşdırmasına əsasən, bu bağlanmaların əsas səbəbləri arasında maliyyə sabitliyinin pozulması, kapital çatışmazlığı və Mərkəzi Bankın tələblərinə uyğun gəlməmək kimi faktorlar yer alır.
2015–2023-cü illərdə bağlanan bankları sizə təqdim edirik:
2015-ci il “Azərbaycan Kredit Bankı”, “Euro Bank”
2016-cı il “Atrabank”, “Bank of Azerbaijan”, “Bank Standard”, “Deka Bank”, “Gəncə Bank”, “Kredo Bank”, “Qafqaz İnkişaf Bankı”, “Para Bank”, “Texnika Bank”, “United Kredit Bank”, “Zamin Bank”
2017-ci il “Dəmir Bank”
2020 “AGBank”, “Amrah Bank”, “Atabank”, “NBC Bank”
2022-ci il Pakistan Milli Bankının Bakı filialı
2023-cü il “Günay Bank”, “Muğan Bank”
Qeyd edək ki, bu dövrdə ümumilikdə 22 bankın lisenziyası ləğv edilib.
Bağlanmalar əsasən 2015-ci ildə baş verən devalvasiyalardan sonra intensivləşib.
Müəllif: Elmir Murad
17 Avqust 2026
15 Avqust 2026