14:00 - 30.05.2025
30 may, Fineko/abc.az. 2025-ci il üçün dövlət büdcəsindən Naxçıvanın büdcəsinə ayrılması nəzərdə tutulan dotasiyanın yuxarı həddi əvvəlcə 320,5 milyon manat olaraq planlaşdırılmışdı. Lakin sonradan bu məbləğ 285,7 milyon manata endirilib.
ABC.AZ-ın araşdırmasına əsasən, son iki il ərzində dotasiyanın ümumi həcmi 349,85 milyon manat azalıb. Bu azalma, muxtar respublikada aparılan iqtisadi islahatlar, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə nəticəsində büdcə daxilolmalarının yerli mənbələr hesabına təmin edilməsi ilə əlaqələndirilir .
Naxçıvan Muxtar Respublikası hələ də dövlət büdcəsindən dotasiya alır, lakin bu dəstəyin həcmi azalmaqdadır.
Bu tendensiya, muxtar respublikanın iqtisadi müstəqilliyinin və yerli gəlirlərin artması ilə əlaqədardır.
Müəllif: Elmir Murad
18 Avqust 2026
17 Avqust 2026