10:35 - 30.05.2025
30 may, Fineko/abc.az. “İrşad Elektroniks”ə yaxın olan “İrşad BOKT” MMC-nin ötən ili 68 min manat xalis zərərlə başa vurub. Bu göstərici 2023-cü illə müqayisədə zərərin 37.7 dəfə artdığını göstərir.
ABC.AZ xəbər verir ki, bu barədə BOKT-nin 2024-cü il üzrə maliyyə hesabatında qeyd edilir. Belə ki, 2023-cü ildə1 804 manat cəmi zərər etmişdi.
Bununla belə bir fakt xatırlatmalıdır ki, bu kredit təşkilat 2024-cü ilin sentyabrından lisenziya əldə edib.
Bölüşdürülməmiş mənfəətdə yaranan 70 min manatlıq zərər nəticəsində cəmi kapital 998 min manatdan 930 min manata düşüb. BOKT 1 mln. manat nizamnamə kapitalı ilə bazara daxil olub.
Digər tərəfdən, öhdəliklər kəskin şəkildə artaraq 1 804 manat-dən 163 min manat-ə çatıb.. Artımın başlıca səbəbi isə 158 min manat məbləğində yeni icarə öhdəliklərinin yaranmasıdır.
18 Avqust 2026