Mərkəzi Bank 11 sığorta agentinin lisenziyasını dayandırıb

10:02 - 30.05.2025


30 may, Fineko/abc.az. Mərkəzi Bank 11 fiziki şəxsə verilmiş sığorta agenti lisenziyasının qüvvəsinin 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

ABC.AZ xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, sözügedən qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 106.1.10-cu maddəsinə əsasən müvafiq hesabatın təqdim edilməməsi nəzərə alınaraq mayın 27-də qəbul olunub.