“Shell” “Bonga” neft yatağından pay alacaq

15:34 - 29.05.2025


29 may, Fineko/abc.az. “Shell” Nigeriya sahillərində yerləşən Bonga neft yatağında “TotalEnergies” şirkətinə məxsus olan 12,5% payı 510 milyon ABŞ dollarına alacaq.

ABC.AZ xəbər verir ki, bu alqı-satqı nəticəsində “Shell”in layihədəki payı 55%-dən 67,5%-ə yüksələcək.