14:43 - 29.05.2025
29 may, Fineko/abc.az. Cari ilin ilk dörd ayında ixrac olunan aqrar məhsullar 14% artaraq 232,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,9% artaraq 90,8 milyon ABŞ dollarına bərabər olub.
ABC.AZ xəbər verir ki, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 12,2% artaraq 323,6 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (95,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (74,7 milyon ABŞ dolları) ikinci, karbamid (63,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin aprel ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (30,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (30,16 milyon ABŞ dolları) ikinci, pambıq (22,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Cari ilin ilk dörd ayında Rusiya Federasiyasına 321,4 milyon ABŞ dolları, Türkiyəyə 187,7 milyon ABŞ dolları, Gürcüstana 105,8 milyon ABŞ dolları, İsveçrəyə 100,5 milyon ABŞ dolları, Ukraynaya isə 63 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin aprel ayında Rusiya Federasiyasına 88,5 milyon ABŞ dolları, Türkiyəyə 53,3 milyon ABŞ dolları, İsveçrə 30,9 milyon ABŞ dolları, Gürcüstan 25,1 milyon ABŞ dolları, Qazaxıstan isə 14,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026