Bankların kredit portfeli 219 milyon manatdan çox artıb

11:08 - 27.05.2025


27 may, Fineko/abc.az. Hesabat ayında bankların kredit portfeli 0.8% və ya 219.4 mln. manat artaraq 28,096.5 mln. manat olub.

ABC.AZ xəbər verir ki, kedit portfelinin strukturu aşağıdakı kimidir:

ı) biznes kreditləri – 53.2% (14,952.7 mln. manat);

ıı) istehlak kreditləri – 31.1% (8,747.6 mln. manat) və

ııı) ipoteka kreditləri – 15.7% (4,396.2 mln. manat).

Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.1 faiz bəndi azalaraq 1.7% təşkil edib.