Azərbaycanda kolbasa məhsullarının istehlakı azalıb

10:59 - 26.05.2025


26 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 9 min 439 ton kolbasa məmulatları istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9% və ya 84 ton azdır.

Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 9 min 355 ton kolbasa məmulatları istehsal edilmişdi.

1 may 2025-ci il tarixinə 46,4 ton hazır məhsul ehtiyatı yaranıb.

Bu da 1 il əvvələ nisbətən 8,9 ton, yaxud da 16,1% azdır.

Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 55,3 ton idi.