Dörd ayda Azərbaycanda 674,2 ton mis konsentratı istehsal edilib

10:34 - 26.05.2025


26 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 674,2 ton mis konsentratı istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə mis konsentratı istehsalı 601,9 ton və ya 9,3 dəfə artıb.

2024-ci ilin yanvar-aprel aylarında bu göstərici 72,3 ton təşkil edib.

01.05.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 154,8 ton təşkil edib ki, bu da illik müqayisədə 60 ton və ya 63,3% çoxdur.

Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 94.8 ton olub.