16:41 - 22.05.2025
22 may, Fineko/abc.az. 15 may tarixindən etibarən rusiyalılar “Bank of Georgia” kartları ilə Gürcüstanda və xaricdə lüks mağazalarda 300 avro, dollar və ya funt sterlinqdən baha olan alış-verişləri ödəyə bilməyəcəklər.
ABC.AZ xəbər verir ki, bank bu addımı ABŞ, Aİ və Birləşmiş Krallığın sanksiyalarına uyğun olaraq atdığını bildirib. Məhdudiyyətlər Visa və Mastercard sistemləri vasitəsilə həyata keçirilir və mağazaların növü MCC kodu ilə müəyyən edilir.
Qeyd edək ki, Aİ daha əvvəl Rusiyaya 300 avrodan baha olan lüks məhsulların ixracını qadağan etmişdi. Həmçinin 15 maydan etibarən Gürcüstan Rusiya və Belarus vətəndaşları üçün avtomobil və xüsusi texnikanın reekspoirtuna da (hətta üçüncü ölkələrə də) qadağa qoyub
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026