10:59 - 22.05.2025
22 may, Fineko/abc.az. 1 yanvar 2025-ci il tarixinə “Anglo Asian Mining PLC”-nin xalis borcu (icarə öhdəlikləri istisna olmaqla) cəmi $4.4 milyon artaraq $14.7 milyon olub.
ABC.AZ şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu da il ərzində xərclərə nəzarət və işçi kapitalının idarə olunması ilə mümkün olmuşdur.
İşçi kapitalında dəyişikliklərdən əvvəl əməliyyat pul çıxışı $6.6 milyon təşkil edib.
Ümumi istehsal 16 760 qızıl ekvivalent unsiya (“GEO”) olub və bu da 15 000–19 500 GEO istiqamətində verilmiş proqnozla uyğun gəlirdir. 2023-cü ildə bu rəqəm 31,821 GEO idi.
Satılmış qızıl külçəsi 15,251 unsiya təşkil etməklə (2023: 15 822 unsiya), orta satış qiyməti isə $2 432 olub. Yeri gəlmişkən qızıl keçən ildən bahalaşmağa başlayıb. Mədən şirkəti öncəki ildə qızılın bir unsiyasını $1 951-ə satmışdı.
1,519 ton mis konsentratı ixrac olunmuş və satış dəyəri $2.5 milyon olub. Burada Azərbaycan hökumətinə düşən pay istisnadır. 2023-cü ildə 11 192 ton və $15.8 milyon satış dəyərində olmuşdu.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026