Onlar “Səba” ASC-dəki paylarını satacaq

10:39 - 15.05.2025


15 may, Fineko/abc.az. 30 iyun 2025-ci il saat 16.00-da Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi 60 nömrəli ünvanda “Səba” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

ABC.AZ xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. “Səba” ASC-nin 2024-cü il üçün illik maliyyə hesabatlarının müzakirəsi və təsdiqi.

2. “Səba” ASC-nin təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin nizamnamə kapitalındakı payların və “Səba” ASC-nin təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyətlərin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin nizamnamə kapitalındakı payların satılması, həmin hüquqi şəxslər olan cəmiyyətlərin əmlaklarının (əsas vəsaitlərinin və digər aktivlərinin) satılması haqqında.