17:23 - 13.05.2025
13 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1 milyard 156 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayları ilə müqayisədə 7 % çoxdur.
Ötən 4 ay ərzində alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6,3 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
10 Avqust 2026