BƏƏ bu yay Türkiyədən daha sərfəli ola bilər: otellər qiymətləri 60%-dək endirir

14:37 - 7.05.2025


7 may, Fineko/abc.az. Bu yay Birləşmiş Ərəb Əmirliklərində istirahət Türkiyə və Misirlə müqayisədə daha ucuz başa gələ bilər: otelyerlər qış mövsümü ilə müqayisədə qiymətləri 20–60% endirirlər.

ABC.AZ xəbər verir ki, turizm operatorlarının məlumatına görə, yay turları üçün BƏƏ-yə tələbat artır, xüsusən də 5 ulduzlu otellərə maraq böyükdür. İki nəfərlik büdcəli tur paketləri artıq $900-dan başlayır.

Təkcə Dubay deyil, həm də çimərlik bölgələri – Ras əl-Xeymə, Şarca və Fuceyrə də populyarlıq qazanır. Qeyd edək ki, apreldə baş verən neft sızmasından sonra bu bölgələrdə vəziyyət sabitləşib.
BƏƏ həmçinin uşaqlar üçün pulsuz yerləşmə və qidalanma kimi xüsusi təkliflər irəli sürür. Bundan əlavə, vizasız rejim ölkəni turistlər üçün daha cəlbedici edir.