Süni intellektdən fintexə: Dilimizdə geniş yayılan müasir anlayışlar

11:56 - 14.09.2026


14 sentyabr, Fineko/abc.az. Son illərdə texnologiya, rəqəmsal iqtisadiyyat, sosial media və kadr idarəedilməsi (HR) sahələrinin sürətli inkişafı ilə leksikonumuza bir çox yeni terminlər və neologizmlər daxil olub. Bu terminlər əsasən beynəlxalq mənşəli olsa da, gündəlik iş və nitq təcrübəsində geniş istifadə edilir. Məsələn, prompt termini termini son zamanlar ən çox istifadə olunan terminlərdəndir. Belə ki, bu termindən əsasən süni intellekt modellərinə (məsələn, ChatGPT, Midjourney) tapşırıq vermək üçün yazılan əmr və ya mətn üçün istifadə edilir.

Başqa bir termin kibertəhlükəsizlik (Cybersecurity) adlanır və rəqəmsal sistemlərin, şəbəkələrin və məlumatların kiberhücumlardan qorunması sahəsində istifadə olunur. Datakart informasiya əməliyyatlarını yerinə yetirmək və rəqəmsal məlumat mübadiləsi üçün elektron kart kimi işlədilir. Sosial Media və Media Məkanı 

Kontent (Content) Sosial media, veb-sayt və ya mediada təqdim olunan hər növ məzmun (mətn, video, foto) kimi istifadə edilir. Daycest (Digest) əsas xəbərlərin və ya məlumatların qısa, şifrələnmiş xülasəsidir. Kovorkinq (Co-working) müxtəlif sahələrdə çalışan insanların və ya startapların istifadə etdiyi birgə iş məkanıdır.  Startup innovativ ideya əsasında tez böyümə potensialı olan yeni biznes layihəsidir. Fintex maliyyə xidmətlərini texnologiya ilə birləşdirən rəqəmsal sektordur. Debitor və Debet müəssisənin borc öhdəlikləri və mühasibat hesablanması ilə bağlı maliyyə terminləridir. Frilanser müstəqil şəkildə, hər hansı şirkətdən daimi asılı olmadan layihə əsaslı çalışan mütəxəssisdir. 

Autsorsinq (Outsourcing) şirkətin müəyyən daxili iş və ya xidmətlərini kənar ixtisaslaşmış podratçıya həvalə etməsi deməkdir.

Müəllif: Elmir Muradov