17:28 - 14.09.2026
14 Sentyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Birləşmiş Millətlər Təşkilatının (BMT) İnkişaf Proqramı və Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının dəstəyi ilə fəaliyyət göstərən Dayanıqlı Sığorta Forumuna (Sustainable Insurance Forum – SIF) rəsmən üzv seçilib.
Üzvlük çərçivəsində AMB xarici tənzimləyici qurumlarla əməkdaşlığı genişləndirmək, iqlim riskləri üzrə bilik mübadiləsində iştirak etmək və forumun işçi qruplarında təmsil olunmaq hüququ qazanıb.
Bu təşəbbüs yerli sığorta sektorunun iqlim dəyişikliklərinə və dayanıqlılıq risklərinə qarşı davamlılığını artırmağa, həmçinin qabaqcıl beynəlxalq təcrübələrin ölkə bazarında tətbiqinə imkan verəcək. 2016-cı ildən fəaliyyət göstərən SIF platforması sığorta nəzarəti çərçivəsində ekoloji və dayanıqlı inkişaf çağırışlarının həlli üçün qlobal əməkdaşlığı təşviq edir.
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
15 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026
14 Sentyabr 2026