Avropada qazın qiyməti maksimuma çatdı - 1000 dollara yaxınlaşır

12:35 - 14.09.2026


14 sentyabr, Fineko/abc.az. Avropada təbii qazın qiyməti son iki ayda təxminən 55% artaraq 1 000 kubmetr üçün 1 000 dollar həddinə çatıb.

Niderlandın TTF qaz habında 1 meqavat-saat üçün qiymət 80 avro ətrafında dəyişir ki, bu da 2022-ci ilin noyabrından bəri ən yüksək göstəricidir.

Bəzi sessiyalarda qiymətlər 83 avro/MWh-i keçərək 1 000 dollarlıq həddi aşıb.

Bahalaşmaya əsas sebəb Yaxın Şərqdən mayeləşdirilmiş təbii qazın (LNG) tədarükündəki problemlər, Avropa anbarlarında ehtiyatların azlığı və Asiya bazarı ilə rəqabətin kəskinləşməsidir.