Sentyabrın 15-dən Bakıda 2 530 avtobus xəttə çıxır

17:30 - 14.09.2026


14 sentyabr, Fineko/abc.az. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, tədris ilinin başlaması ilə əlaqədar sentyabrın 15-dən Bakıda marşrut xətlərinə rekord sayda — 2 530 avtobus cəlb edilir.

Bu, son 5 ildə avtobus parkının 42% (750 ədəd), ötən illə müqayisədə isə təxminən 200 ədəd artması deməkdir.

İlin başından bəri özəl və dövlət sektoru tərəfindən 308 yeni avtobus gətirilib, 29 marşrut xəttində nəqliyyat vasitələri yenilənib, 8 yeni ekspres xətt təşkil olunub və 28 müntəzəm xətt gücləndirilib.