16:38 - 1.05.2025
1 may, Fineko/abc.az. Almaniyada 1 və 2 sentlik pullardan imtina etmək imkanı müzakirə olunur. Bu ideya, Almaniya Federal Bankının (Bundesbank) təşkil etdiyi ekspert görüşündə dəstəklənib.
ABC.AZ xəbər verir ki, son illərdə kiçik sikkələr dövriyyəyə geri qayıtmır, çünki insanlar onları ya atır, ya da evdə saxlayır. Təklif olunur ki, qiymətlər “yaxın 5 sentə yuvarlama” qaydası ilə ödənilsin. Bu sistem artıq bir neçə Avropa ölkəsində, o cümlədən Macarıstan və Danimarkada tətbiq edilir.
Kanada və Avstraliya kimi bəzi ölkələr kiçik sikkələrdən artıq imtina ediblər, bunu iqtisadi cəhətdən məqsədəuyğunsuzluqla izah edirlər. Almaniyada müzakirələr davam edir və gələcəkdə xırda pulların dövriyyədən çıxarılması mümkün ola bilər.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026