Mənəvi Dəyərlərin Təbliği Fonduna artıq gəlmiş vəsaitlərin dövlət büdcəsinə bərpa edilməsi tapşırılıb

15:53 - 1.05.2025


1 may, Fineko/abc.az. Mənəvi Dəyərlərin Təbliği Fonduna 2022-ci ildə xərcə silinmiş 266.940,0 manat, 2023-cü ildə isə 209.804,0 manat dəyərində olan “Maarifləndirmə xarakterli filmlərin və sosial video çarxları”nın “Sair uzunmüddətli qeyri-maliyyə aktivləri” hesabında uçota alınması və illik maliyyə hesabatlarına müvafiq düzəlişlərin edilməsi barədə göstəriş verilib.

ABC.AZ Hesablama Palatasına istinadən xəbər verir ki, auditin nəticələrinə görə, Fond tərəfindən inventarizasiya zamanı artıq gəlməsi müəyyən edilmiş dəyəri 13495,65 manat olan 10 adda ehtiyatın müvafiq hesablarda uçota alınması, əskik gəlməsi müəyyən edilmiş ilkin dəyəri 50152,50 manat olan 32 adda avadanlığın qalıq dəyərinin müəyyən edilərək və 59877,32 manat olan 42 adda ehtiyatın dəyərinin dövlət büdcəsinə bərpa edilməsi tapşırılıb.

Qeyd edilən bəzi qərarların icrası təmin edilib və bəzilərinin isə izlənməsi davam edir.