Dini Komitədə iştirakçı sayı çox göstərilərək 69625,70 manat artıq vəsait ödənilib

15:39 - 1.05.2025


1 may, Fineko/abc.az. Hesablama Palatası ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dövlət vəsaitinin və əmlakının istifadə edilməsinin hüquqi aktlara uyğunluğunun auditini aparıb.

ABC.AZ Palataya istinadən xəbər verir ki, auditin nəticələrinə görə, dini və maarifləndirmə mövzusunda keçirilmiş tədbirlər zamanı günlərin və iştirakçı saylarının çox göstərilməsi hesabına artıq ödənilmiş Komitə üzrə 408395,77 manat, Fond üzrə 99338,9 manat, müqavilə üzrə yerinə yetirilməyən cari təmir işlərinə görə Komitə tərəfindən 26277,0 manat ödənilib.

Komitə tərəfindən “Dini maarifləndirmə tədbirləri ilə bağlı işlərin və xidmətlərin satınalınması” ilə bağlı müqavilə üzrə günlərin və iştirakçı saylarının çox göstərilməsi hesabına 69625,70 manat artıq vəsait ödənilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ildə 1874999,98 manat xərc artıq tanınıb, “Digər tərəflərə təqdim edilən avanslar və borc vəsaitləri” maddəsində 421969,0 manat, həmçinin “Pul vəsaitlərinin hərəkəti haqqında hesabat”ın “Torpaq, tikili və avadanlıqların, qeyri-maddi və digər uzunmüddətli aktivlərin əldə edilməsi məqsədilə pul vəsaitlərinin ödənişləri” maddəsində 2022-ci il üzrə 426493,49 manat, 2023-cü il üzrə 364119,0 manat məbləğlər artıq təqdim olunub.