Qeyri-dövlət ixracatçı subyektlərin reytinqi açıqlanıb - Siyahı

16:29 - 30.04.2025


30 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-mart ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqi açıqlanıb.

ABC.AZ xəbər verir ki, bu barədə  “İxrac icmalı”nın aprel sayında qeyd edilib. Sözügedən sayda ilk onluqda olan şirkətlərin adı açıqlanıb. Belə ki, ilk sırada "MKT İstehsalat Kommersiya" MMC,"Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyidir.

Digər sırada olan şirkətlər aşağıdakılardır: "Baku Steel Company" QSC,"P-AQRO" MMC,"LEPIN LM" Məhdud Məsuliyyətli Cəmiyyəti,"Avrora" Məhdud Məsuliyyətli Cəmiyyəti,"Export Stream" Məhdud Məsuliyyətli Cəmiyyəti,"KHAN-EL" MMC,"BİNƏ AQRO" QSC,"Sahdag Sy" Məhdud Məsuliyyətli Cəmiyyəti.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir.

Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC ,“Azəralüminium” MMC,Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi,"Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"Azərbaycan Hava Yolları" QSC,“Azərenerji” ATSC,Naxçıvan MR Dövlət Energetika Xidməti,“Qaradağ Şüşə Zavodu” ASC.