İspaniyada Avropadakı işıq kəsintisinin kiber hücumla bağlı ola biləcəyi bildirilir

17:07 - 29.04.2025


29 aprel, Fineko/abc.az. İspaniyada genişmiqyaslı elektrik enerjisi kəsintisinin kiber hücum ilə bağlı ola biləcəyi ehtimal edilir. Bu barədə İspaniyanın Milli Məhkəməsinin hakimi Xose Luis Kalama açıqlama verib.

ABC.AZ xəbər verir ki, hakim ölkə üzrə baş verən işıq kəsintisinin səbəblərini araşdırmaq üçün istintaqa başlayıb. O, Milli Kibertəhlükəsizlik Agentliyi, Milli Polis və elektrik şəbəkəsi operatorundan hesabat tələb edib.

Qeyd edək ki, 28 aprel tarixində Avropada – İspaniya, Portuqaliya, Andorra, Fransa və Belçikada genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. Hadisə nəticəsində ölkələrə dəyən iqtisadi zərər gündəlik 100–200 milyon avro səviyyəsində qiymətləndirilir.