Mask, robot-cərrahların həkimləri nə vaxt əvəz edəcəklərini açıqladı

17:45 - 28.04.2025


28 aprel, Fineko/abc.az. Amerikanın milyarderi və bir sıra texnoloji şirkətlərin rəhbəri İlon Mask özünün X sosial şəbəkəsində səhiyyə sahəsində robot-cərrahların insanları nə vaxt əvəz edəcəkləri barədə məlumat verib. 

"Robotlar yaxşı insan cərrahlarını bir neçə il ərzində, ən yaxşı insan cərrahları isə təxminən beş ildən sonra üstələyəcək", — deyə Mask bildirib, ABC.AZ xəbər verir.

Bundan əlavə, sahibkarın sözlərinə görə, onun "beyin-kompüter" interfeysinin yaradılması ilə məşğul olan Neuralink şirkəti, cərrah robotları insan beyninə elektrodlar yerləşdirmək üçün istifadə edir, çünki insan cərrah tələb olunan sürət və dəqiqliyə çatmaqda çətinlik çəkir.