İspaniya və Portuqaliya işıqsız qalıb 

15:54 - 28.04.2025


28 aprel, Fineko/abc.az. İspaniya və Portuqaliyada elektrik enerjisi kəsilib. Yerli Levante qəzetinin məlumatına görə, Valensiya, Madrid, Barselona və Sevilya da elektrik enerjisiz qalıb. 

ABC.AZ xəbər verir ki, Reuters məlumatına əsasən, Valensiyada svetoforlar, liftlər, metro və tramvaylar fəaliyyətini dayandırıb. Şəhərdə internet və mobil rabitə də mövcud deyil. Bundan əlavə, ölkə daxilində dəmir yolu yollarında gərginliyin azalması qeydə alınıb, buna görə də yüksək sürətli qatarların hərəkəti dayandırılıb.

İspaniyanın EFE agentliyi X sosial şəbəkəsində yerli vaxtla saat 12:30 radələrində (Bakı vaxtı ilə 14:30) işıqların söndüyünü bildirir. Geniş miqyaslı qaranlığın nə ilə əlaqəli olduğu hələ bilinmir. 
Enerji sisteminin operatoru Red Electrica, paylayıcı şirkətlərlə birlikdə elektrik enerjisinin tədarükünü bərpa etmək üçün çalışdığını deyib.