Çin ABŞ-yə qarşı cavab rüsumları aradan qaldırır?

17:24 - 25.04.2025


25 aprel, Fineko/abc.az. Pekin ABŞ-yə qarşı cavab rüsumlarının bir qismini aradan qaldırıb.

ABC.AZ xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Qeyd edilib ki, güzəştlər yarımkeçiricilərə şamil olunur.

Xatırladaq ki, aprelin 12-də Çin ABŞ prezidenti Donald Trampın Çin mallarına rüsumları 145%-ə yüksəltməsinə cavab olaraq, Pekin ABŞ-dən gələn bütün mallara 125% rüsumlar tətbiq edib.

“CNN”in saytında yer alan gömrük statistikasına görə, Çin keçən il ABŞ-dən 11,7 milyard dollar dəyərində yarımkeçirici idxal edib.

Kanal xatırladır ki, özünün yarımkeçirici sənayesini inkişaf etdirməkdə əldə etdiyi uğurlara baxmayaraq, Çin hələ də onların istehsalı sahəsində ABŞ, Tayvan, Cənubi Koreya, Yaponiya və Hollandiyadan aslıdır.