Neft qiymətləri əvvəlki günün enişindən sonra bahalaşır, Brent - 66,59 dollar/barel təşkil edir

11:14 - 24.04.2025


24 aprel, Fineko/abc.az. Etalon markaların qiymətləri cümə axşamı günü, əvvəlki gün baş verən kəskin enişdən sonra yenidən yüksəlir.

ICE Futures birjasında iyun ayı üzrə Brent markalı neftin fyuçers qiyməti saat 11:00-a olan məlumata görə 0,47 dollar (0,71%) artaraq 66,59 dollar/barel olub. 23 aprel tarixindəki ticarətin yekununa görə Brent nefti 1,32 dollar (1,96%) ucuzlaşaraq 66,12 dollar/barel olmuşdu.

NYMEX əmtəə birjasında isə iyun ayı üzrə WTI markalı neftin fyuçers qiyməti saat 11:00-da 0,51 dollar (0,82%) artaraq 62,78 dollar/barel olub. 23 apreldə WTI fyuçersi 1,40 dollar (2,20%) ucuzlaşaraq 62,27 dollar/barel təşkil etmişdi.