12:17 - 16.04.2025
16 aprel, Fineko/abc.az. ABŞ administrasiyası ölkələr arasında ticarət qarşıdurmasının kəskinləşməsi fonunda Çindən idxala 245% rüsum tətbiq edə bilər.
ABC.AZ xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat verib.
Aprel ayının əvvəlində bütün ölkələrə qarşı 10% rüsum və "ABŞ ilə ən böyük ticarət kəsiri olan" dövlətlər üçün fərdi olaraq artırılan tariflərin tətbiqi ilə Tramp "oyun şərtlərini bərabərləşdirmək və Amerikanın milli təhlükəsizliyini təmin etmək" istədi. Sonradan dünyanın 75-dən çox ölkəsi vəziyyəti həll etməyə və "yeni ticarət müqavilələri bağlamağa" razı oldular.
"Bu müzakirələr fonunda, cavab tədbirləri görən Çin istisna olmaqla, [bütün ölkələr üçün] fərdi tariflərin tətbiqi dayandırıldı və buna görə də indi Çin ABŞ-a idxal üçün 245%-ə qədər rüsumla üzləşir", — deyə bəyanatda bildirilir.
Ağ Ev tədbirlərin sərtləşdirilməsinin müddəti və konfiqurasiyası barədə ətraflı məlumat verməyib.
5 Avqust 2026
5 Avqust 2026