15:22 - 11.04.2025
11 aprel, Fineko/abc.az. Azərbaycanda gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış xam neft və təbii qaz ixracının statistik qiymətləndirilməsi nəzərə alınmaqla, ölkənin xarici ticarət dövriyyəsi 8 milyard 211,2 milyon ABŞ dolları təşkil edib.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 4 milyard 73,2 milyon dolları və ya 49,6 faizi ixracın, 4 milyard 138 milyon dolları və ya 50,4 faizi isə idxalın payına düşüb.
Nəticədə 64,8 milyon dollarlıq mənfi ticarət saldosu yaranıb.
11 Avqust 2026
10 Avqust 2026