16:09 - 10.04.2025
10 aprel, Fineko/abc.az. 2025-ci ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.614.737 vergi ödəyicisinin 87 faizi fiziki şəxslər, 13 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
ABC.AZ Vergi Xidmətinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5 faiz, o cümlədən fiziki şəxslərin sayı 4,6 faiz, hüquqi şəxslərin sayı 7,6 faiz artıb.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,6 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,1 faizi səhmdar cəmiyyət, 1,1 faizi kooperativ və s. formalarda yaradılıb. Aprel ayının 1-nə qeydiyyatda olan kommersiya qurumlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz artaraq 193.780 vahid təşkil edib.
1 Avqust 2026
1 Avqust 2026
30 İyul 2026