16:07 - 7.11.2017
7 noyabr, Fineko/abc.az. Azərbaycanın bank sektorunun yaxşılaşdırılması prosesi bir neçə il ərzində davam edəcək.
Azərbaycanın maliyyə naziri Samir Şərifovun bildirdiyi kimi, dövlət, Azərbaycan Beynəlxalq Bankın xarici borcları üzrə öhdəlikləri öz üzərinə götürdüyü üçün, $300 milyonu qənaət edə bilmişdir.
“Biz, Azərbaycan Beynəlxalq Bankın öhdəliklərini öz üzərimizə götürmüşük, əks təqdirdə defolt elan edilməli idi, lakin nəticədə ölkənin xarici borcunun həcmi $2,4 milyarda qədər artdı. Bankın reytinqləri yaxşılaşır və bank sabit rejimdə fəaliyyət göstərməyə davam edə bilər”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, bankın əmanətçiləri bu prosesdən zərər çəkmədilər. Ölkənin bank sektorunun yaxşılaşdırılması üzrə tədbirlər bir neçə il ərzində də davam edəcək.