Ərdoğan: ticarət müharibələri qlobal nəticələrə gətirib çıxaracaq

15:08 - 9.04.2025


9 aprel, Fineko/abc.az. Ticarət müharibələri böyük və kiçik dövlətlərə təsir edəcək qlobal nəticələrə gətirib çıxaracaq.

ABC.AZ xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının fraksiyasının iclasında parlamentdə çıxış edərkən deyib. Verilişi TRT Haber telekanalı yayımlayıb.