Trampın yeni rüsumları dünyanın hər yerindən idxal olunan mallar üçün qüvvəyə mindi

10:49 - 9.04.2025


9 aprel, Fineko/abc.az. ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi yeni rüsumlar paketi dünyanın onlarla ölkəsindən idxal olunan mallarla bağlı qüvvəyə minib. Bu "cavab" tarifləri ötən həftə sonu bir çox ölkələr üçün tətbiq olunan 10% baza dərəcəsini üstələyir.

ABC.AZ xəbər verir ki, indi 11%-dən 84% arasında dəyişən daha yüksək tariflərə 86 ölkədən idxala şamil olunur. Çin ABŞ-a ixrac olunan mallarına 104% rüsumla qarşılaşacaq.

Çin Ticarət Nazirliyi ABŞ-ın Çinə daha yüksək tariflər tətbiq etmək qərarının səhv olduğunu deyib. Çin ABŞ-ın bu hərəkətlərinə cavab verəcəyini söz verdi.

Çindən sonra ABŞ-a ixrac olunan mallar 50% rüsuma məruz qalan Lesotoya ən yüksək tarif dərəcəsi şamil edlir. Lesotodan sonra 49% tariflə Kamboca gəlir. Kambocanın cənub-şərqi Asiyadakı qonşuları, Laos və Vyetnam, müvafiq olaraq 48% və 46% rüsumlarla qarşılaşıblar.

ABŞ fond indeksləri Trampın 2 apreldə yeni tariflər elan etməsindən sonra ardıcıl dörd gün düşür. ABŞ administrasiyası tənəzzüllə bağlı narahatlıqlara məhəl qoymur.

Tariflərin qüvvəyə minməsi fonunda Asiya bazarlarında satış başlayıb. Artımı dəstəkləmək istəyən Hindistan Mərkəzi Bankı, Amerika tariflərinin tətbiqindən qısa müddət sonra əsas dərəcəsini 25 baza bəndi azalaraq 6%-ə endirdi; Hindistan ABŞ ixracatına 26% rüsum tətbiq olunur.