10:04 - 9.04.2025
9 aprel, Fineko/abc.az. ABŞ prezidenti Donald Trampın sərvəti iri miqyaslı tariflərin tətbiqindən sonra 500 milyon dollar azalıb.
ABC.AZ xəbər verir ki, bu barədə “Forbes” yazır. Sözügedən yazıda qeyd edilib ki, aprelin 2-də dövlət başçısı rüsumların tətbiqini elan edəndə jurnal onun sərvətini 4,7 milyard dollar dəyərində qiymətləndirib. Bir həftədən az müddətdə səhmlərin və digər aktivlərin dəyərinin düşməsi səbəbindən Trampın sərvəti 500 milyon dollar azalıb:
– təxminən 170 milyon dollar itki “Trump Media and Technology Group” səhmlərinin 8% düşməsi payına düşüb;
– 90 milyon dollar itki kommersiya daşınmaz əmlak qiymətlərinin düşməsi səbəbindən olub;
– daha 70 milyon dollar Tramp qolf biznesində itirib;
– təxminən 65 milyon dollar itki hotel və kurort biznesi ilə əlaqəli olub;
– qalan itkilər kriptovalyutalar, istiqrazlar və s. səbəbindən baş verib.