“Gilan Qəbələ Aqrotexservis” ASC hüquqi formasınə dəyişir

09:59 - 8.04.2025


8 aprel, Fineko/abc.az. 30 may 2025-ci il saat 11.00-da “Gilan Qəbələ Aqrotexservis” ASC səhmdarlarının illik ümumi yığıncağı Qəbələ rayonunun, Hacallı kəndində, “Gilan Qəbələ Aqrotexservis” ASC-nin binasında keçiriləcəkdir.

ABC.AZ xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:

1. ASC-nin 2024-cü ilin yekunlarına dair maliyyə hesabatının müzakirəsi və təsdiqi.

2. ASC-nin istifadəsində olan torpaq sahəsinə dair hüquqların üçüncü şəxslərə ötürülməsi.

3. ASC-nin təşkilati-hüquqi formasının dəyişdirilərək MMC-yə çevrilməsi.

4. Digər cari məsələlər.

Qeyd edək ki, “Gilan Qəbələ Aqrotexservis” ASC 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 216 640 manatdır.