16:37 - 4.04.2025
4 aprel, Fineko/abc.az. Azərbaycanda unun topdansatış qiyməti açıqlanıb.
ABC.AZ xəbər verir ki, aprelin 3-nə olan məlumata əsasən un istehsalçılarından yalnız ikisi qiymətlərə dəyişiklik edib.
Belə ki, ötən ayla müqayisədə "ATS MİLL" MMC 50 kq-lıq unun topdansatışını 0,25 manat bahalaşdırıb. Bazarda ən ucuz qiymətə un istehsal edən "Dəvəçi-Taxıl" MMC isə qiyməti 0.20 manat endirib.
Məlumata görə, digər un istehsalçıları isə topdansatış qiymətini dəyişməyib. Bazara təklif olunan ən bahalı un növü isə qiyməti 28,20 manat olmaqla "Azeri-Arapoğlu U.S.və T.LTD"yə məxsusdur.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026