10:33 - 3.04.2025
3 aprel, Fineko/abc.az. Azərbaycanda neft məhsulları istehsalçısı və satışını həyata keçirən “Petrochem Group” MMC və “Petrochem Performance Products” MMC şirkətlər qrupu iki il öncə sahiblərinə 761 min ABŞ dolları və ya 1 milyon 293 manatlıq dividend ayırıblar.
ABC.AZ şirkətin illik hesabatına istinadən xəbər verir ki, şirkətlərin konsolidasiya edilmiş xalis mənfəəti 2023-cü ildə illik müqayisədə iki dəfə artmaqla 1.95 milyon dollar olmuşdu.
Şirkətin 2023-cü il üçün ümumi gəliri illik müqayisədə 1.29 milyon dollar və ya 10.5% azalma ilə 11.01 milyon dollar təşkil edib. Bu da 2022-ci ildə 12.3 milyon dollar olmuşdu.
Satışların maya dəyəri 2022-ci ildə 7.94 milyon dollar olduğu halda, 2023-cü ildə 7.096 milyon dollara düşüb ki, bu da 10.7% azalma deməkdir.
10 Avqust 2026