16:17 - 2.04.2025
2 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-fevral aylarında aqrar məhsulların ixracı 9,5% artaraq 119,7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 17,7% artaraq 43 milyon ABŞ dollarına bərabər olub.
ABC.AZ xəbər verir ki, bu barədə “İxrac icmalı”nın mart sayında qeyd edilib. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11,6% artaraq 162,8 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (40,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda karbamid (36 milyon ABŞ dolları) ikinci, xurma (30,5 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
8 Avqust 2026
8 Avqust 2026
7 Avqust 2026