Qeyri-neft sektoru üzrə ixracı artıb, ya azalıb?

16:04 - 2.04.2025


2 aprel, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın mart sayını təqdim edib.

ABC.AZ xəbər verir ki, icmala əsasən, 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 485 milyon ABŞ dolları təşkil edib.

Bu dövrdə yeyinti məhsullarının ixracı 12,3% artaraq 153,9 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin yanvar-fevral aylarında ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66,9%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47%, alkoqollu və alkoqolsuz içkilər 10,2%, kimya sənayesi məhsulları 30%, çay 21,3%, alüminium və ondan hazırlanan məmulatlar 2,8% artıb.