Serbiya və Rusiya güzəştli şərtlərlə qaz tədarükünə dair yeni müqavilə hazırlayır

11:09 - 2.04.2025


2 aprel, Fineko/abc.az. Serbiya və Rusiya 2025-ci ilin may ayından etibarən güzəştli şərtlərlə qaz tədarükünə dair yeni müqavilə hazırlayır.

ABC.AZ xəbər verir ki, bu barədə Serbiya hökumətində nazir vəzifəsini icra edən Nenad Popoviç bildirib.

Bu razılaşma sayəsində Serbiya vətəndaşları və iqtisadiyyatı üçün mavi yanacağın qiyməti Avropada ən aşağıdır. Ona görə də ölkələr yeni əməkdaşlıq üzərində işlərini davam etdirirlər.

Bundan başqa, tərəflər logistika, enerji, səhiyyə və digər əməkdaşlıq sahələrini müzakirə ediblər.