“PepsiCo” şirkəti 1.95 milyard dollara yeni müəssisə alıb

14:11 - 18.03.2025


18 mart, Fineko/abc.az. Amerikanın “PepsiCo” şirkəti funksional qazlı içki markası “Poppi”ni 1.95 milyard dollara aldığını açıqlayıb.

ABC.AZ xəbər verir ki, bu barədə "Bloomberg” yazır.

Agentliyin məlumatına görə, sövdələşməyə 300 milyon dollar gözlənilən vergi kreditləri daxildir. “Poppi” müəyyən edilmiş performans göstəricilərinə nail olarsa, əməliyyatın xalis dəyərinə 1.65 milyard dollar əlavə ediləcək.

“Poppi” brendinin satın alınması “PepsiCo”nun sağlam məhsulların çeşidini genişləndirmək strategiyasının bir hissəsidir. 2024-cü ilin oktyabrında şirkət qəlyanaltı istehsalçısı “Siete Foods”u 1.2 milyard dollara almaq planlarını açıqlayıb və noyabrda onun 50%-ni İsrailin Yaxın Şərq yeməkləri istehsal edən “Sabra Dipping Co” şirkətindən alıb.